Ceyhun Bayramov ABŞ səfirilə görüşdü

 Ceyhun Bayramov ABŞ səfirilə görüşdü
  16 Fevral 2021    Oxunub:2507
Fevralın 15-də xarici işlər naziri Ceyhun Bayramovun Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Örl Litzenberqer ilə görüşü keçirilib.
Xarici İşlər Nazirliyindən Azvision.az-a bildirilib ki, görüşdə tərəflər bölgədəki cari vəziyyəti, o cümlədən üçtərəfli bəyanatın icrası ilə bağlı məsələləri müzakirə ediblər.

İkitərəfli əməkdaşlıq gündəliyi üzrə ətraflı fikir mübadiləsi aparılıb, Azərbaycan-ABŞ münasibətlərinin daha da irəlilədilməsi məsələsi müzakirə olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Azvision.az


Teqlər: XİN   Ceyhun-Bayramov  






Xəbər lenti