Britaniyada yoluxmalar artmaqda davam edir

Britaniyada yoluxmalar artmaqda davam edir
  16 Fevral 2021    Oxunub:1776
Böyük Britaniyada son sutka ərzində 9765 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Ölkə üzrə koronavirusa yoluxanların sayı 4 047 843 nəfərə çatıb.

Ötən 24 saatda daha 230 pasiyent dünyasını dəyişib. COVID-19 qurbanlarının ümumi sayı 117 396 nəfərdir. Britaniyada COVID-19-la bağlı vəziyyət hələ də kritik həddədir.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus   Pandemiya  





Xəbər lenti