Ermənistanda yenidən zəlzələ olub

 Ermənistanda yenidən zəlzələ olub
  16 Fevral 2021    Oxunub:2044
Bu gün Ermənistan ərazisində 3,3 bal gücündə zəlzələ olub.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yeraltı təkanlar İrəvanın 110 kilometr şərqində qeydə alınıb.

Zəlzələ Sevan, Abovyan, Dilican və İcəvan şəhərində də hiss olunub.

Qeyd edək ki, fevralın 13-də İrəvanda 4,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar sakinlər arasında təşviş yaradıb. Zəlzələ nəticəsində bəzi binalarda çatlar əmələ gəlib.

Azvision.az


Teqlər: Ermənistan   Zəlzələ  



Xəbər lenti