Sülhməramlılar Kəlbəcərə yüklərin çatdırılmasını təmin etdi

Sülhməramlılar Kəlbəcərə yüklərin çatdırılmasını təmin etdi
  16 Fevral 2021    Oxunub:2695
Rusiya sülhməramlıları Kəlbəcərə göndərilən 25 hərbi “KamAZ”dan ibarət 185 ton yükü müşayiət edib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Sosial obyektlərin və yaşayış binalarının enerji, su təchizatı sistemlərinin bərpası üçün 25 hərbi “KamAZ”dan ibarət 185 ton yükün (generator stansiyaları, elektrik avadanlıqları, dəmir-beton konstruksiyalar və tikinti materialları) Kəlbəcər bölgəsinə çatdırılması rus sülhməramlıları tərəfindən təmin edilib.

Ötən il 10 noyabr tarixində Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli sazişin şərtləri əsasında Azərbaycan tərəfinə yardım göstərilib", - deyə məlumatda vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Kəlbəcər   Rusiya   Qarabağ   Sülhməramlı  



Xəbər lenti