Kamala Harris Makronla razılığa gəldi

Kamala Harris Makronla razılığa gəldi
  16 Fevral 2021    Oxunub:1705
ABŞ-ın vitse-prezidenti Kamala Harrislə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər koronavirus pandemiyasına qarşı mübarizə, eləcə də Yaxın Şərq və Şimali Afrikadakı münaqişələri müzakirə ediblər.

“ABŞ-ın vitse-prezidenti ölkəsinin ikitərəfli əlaqələrin gücləndirilməsinə və transatlantik alyansın aktivləşdirilməsinə sadiq olduğunu bildirib. Tərəflər pandemiyaya qarşı mübarizə, iqlim dəyişikliyi, dünyada demokratiyaya dəstək mövzusunda ikitərəfli və çoxtərəfli əsasda sıx əməkdaşlığın zəruriliyi barədə razılığa gəliblər”, - deyə məlumatda vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: EmmanuelMakron  



Xəbər lenti