Ukraynada ölənlərin sayı 35-ə çatdı

Ukraynada ölənlərin sayı 35-ə çatdı
  20 Fevral 2014    Oxunub:1012
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, bu gün ərzində Kiyevdə müxalifətlə iqtidar arasındakı toqquşmalarda daha 7 nəfər dünyasını dəyişib.

Onlardan 2-nin Daxili İşlər Nazirliyinin əməkdaşı olduğu bildirilir. Bununla da ölənlərin ümumi sayı 28-dən 35-ə qədər yüksəlib.
Digər məlumatda isə 505 nəfərin xəsarət aldığı və onlardan 292-sinin xəstəxanaya yerləşdirildiyi barədə məlumat verilib.

Xatırladaq ki, ötən gecə prezident Viktor Yanukoviçlə müxalifət liderləri arasında əldə edilən razılaşmaya əsasən zorakılığın dayandırılması nəzərdə tutulurdu. Lakin müxalifət sıralarındakı radikallar, o cümlədən “Sağ sektor” təşkilatı buna etiraz etmişdi.

Polisin məlumatına görə, radikallar ilk dəfə odlu silahdan istifadə edirdilər.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti