Tramp yenidən gücünü bərpa edir

Tramp yenidən gücünü bərpa edir
  16 Fevral 2021    Oxunub:1801
ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkənin siyasi həyatında iştirakını bərpa etmək niyyətindədir.
Azvision.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Qeyd edilib ki, Tramp yenidən mətbuatla işləmək, müsahibələr verməyə hazırlaşır.

"O, prezidentlikdən sonra öz gücünü bərpa etməyin yollarını axtarır. Trampın dostları və müttəfiqləri bir neçə həftəlik sükutdan sonra onun yenidən yaxın KİV-lərə müsahibələr verəcəyini gözləyirlər", - deyə məlumatda bildirilib.

Eyni zamanda, Tramp siyasi məsləhətçilərlə respublikaçıların 2022-ci ildə keçiriləcək aralıq seçkilərdə Nümayəndələr Palatası və Senatda çoxluğu əldə etməyə kömək göstərmək imkanlarını müzakirə edib.

Trampın köməkçisi Ceyson Miller isə deyib ki, önümüzdəki günlərdə onun haqqında daha çox şey eşidəcəksiniz.

Xatırladaq ki, ötən şənbə Trampla danışan nüfuzlu ABŞ senatoru Lindsi Qrem (Cənubi Karolinadan olan respublikaçı) keçmiş prezidentin Respublikaçılar partiyasını yenidən qurmağa hazır olduğunu diqqətə çatdırmışdı.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DonaldTramp  



Xəbər lenti