Yaponiya Azərbaycan və Ermənistana humanitar yardım edəcək

 Yaponiya Azərbaycan və Ermənistana humanitar yardım edəcək
  16 Fevral 2021    Oxunub:1647
Yaponiya hökuməti Azərbaycana və Ermənistana humanitar yardım edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Yaponiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, yardım 4.8 milyon dollar məbləğində nəzərdə tutulub, onun 1,2 milyon dolları Azərbaycana veriləcək. Maliyyə vəsaiti BQXK və bir sıra digər beynəlxalq təşkilatlar vasitəsilə köçürüləcək.

Yardıma tibbi avadanlıqlar, ərzaq məhsulları da daxildir. Maliyyə vəsaiti Qarabağ bölgəsində xəstəxanaların, məktəblərin və yaşayış evlərinin bərpasına xərclənəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: humanitaryardım  





Xəbər lenti