Suqovuşanda tapılan hərbçinin cəsədi ermənilərə verildi

 Suqovuşanda tapılan hərbçinin cəsədi ermənilərə verildi
  16 Fevral 2021    Oxunub:1689
Azərbaycan Dağlıq Qarabağda son döyüş əməliyyatları zamanı məhv edilmiş daha bir erməni hərbçinin cəsədini qarşı tərəfə təhvil verib.
Azvision.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Qeyd edilib ki, cəsədin qalıqları Suqovuşan istiqamətində Ermənistana təhvil verilib. Onun şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası keçiriləcək.

Bu günədək döyüş bölgəsindən itkin kimi axtarışda olan 1379 erməni hərbçinin cəsədi və qalıqları tapılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  






Xəbər lenti