Türkiyə XİN Ərbilə raket hücumunu şiddətlə qınadı

Türkiyə XİN Ərbilə raket hücumunu şiddətlə qınadı
  16 Fevral 2021    Oxunub:1655
Türkiyənin Xarici İşlər Nazirliyi İraqın Ərbil şəhərində mülki yaşayış yerlərini də hədəf alan raket hücumlarını şiddətlə qınayıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in açıqlamasında bildirilib.

“Ərbil xalqına, İraq hökumətinə, İraqın Kürdüstan bölgəsinə və bizim də yer aldığımız “İŞİD”ə qarşı beynəlxalq koalisiya üzvlərinə başsağlığı verir və keçmiş olsun deyirik.

İraq səlahiyyətlilərinin bu mənfur hücumların arxasında dayananları tez bir zamanda müəyyənləşdirəcəyinə və onların məhkəmə qarşısında cavab vermələrini təmin edəcəyinə inanırıq.

Bu hücumlar İraqın sülh, sabitlik və suverenliyi üçün ölkə ərazisində hər hansı bir terror təşkilatının mövcud olmasına icazə verilməməsinin və milli qurumların əhatəli şəkildə gücləndirilməsinin zəruriliyini bir daha göstərdi".

Xatırladaaq ki, dünən Ərbil hava limanına və ətrafına raket hücumu nəticəsində 1 mülki şəxs ölüb, 5 müqaviləli personal və 1 ABŞ əsgəri yaralanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ərbil  



Xəbər lenti