Karapetyan Çindəki vəzifəsindən istefa verdi

  16 Fevral 2021    Oxunub : 1340
 Karapetyan Çindəki vəzifəsindən istefa verdi
Ermənistan parlamentinin keçmiş deputat Varazdat Karapetyan ölkəsinin Çindəki ticarət nümayəndəsi vəzifəsindən istefa verib.
Azvision.az xəbər verrir ki, bu barədə Karapetyan “Facebook” səhifəsində bildirib.

“Çinə getmək vaxtı deyil, ölkədə qalmaq lazımdır. İndi həmfikir və silahdaşlarla birlikdə biabırçı və amansız məğlubiyyətin yükünü çəkməyin zamanıdır. Əvvəlcə milli bir dövlət yaratmalı, strategiya hazırlamalı, missiyamızı reallaşdırmalı və yalnız bundan sonra başqaları ilə münasibətlər barədə düşünməliyik", - deyə Karapetyan əlavə edib.

Hakim siyasi qüvvənin keçdiyi yola gəlincə, sabiq deputat atılan addımların yetərli olmadığını və bəzən ölkədəki fundamental proseslərə təsir göstərmədiyini vurğulayıb.

Xatırladaq ki, hakim “Mənim addımım” fraksiyasının deputatı Karapateyan ötən ilin noyabrında, Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra mandatından imtina edib, dekabrda isə ticarət nümayəndəsi təyin olunub.

Pərvanə Suultanova
Azvision.az

Teqlər: istefa