Valyuta hərracında 55 milyon dollar cəlb edilib

Valyuta hərracında 55 milyon dollar cəlb edilib
  16 Fevral 2021    Oxunub:1599
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Azvision.az -ın AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 55 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (11 fevral 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 2% və ya 1,1 mln. dollar azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Azvision.az



Teqlər: Dollar  





Xəbər lenti