“Rusiya qarşıdurma istəsə, biz hazırıq” - NATO-nun Baş katibi

“Rusiya qarşıdurma istəsə, biz hazırıq” -  NATO-nun Baş katibi
  16 Fevral 2021    Oxunub:2512
NATO-nun Baş katibi Yens Stoltenberq alyansın Rusiya ilə münasibətlər baxımından fərqli variantları nəzərdən keçirdiyini bəyan edib.
Azvision.az xəbər verir ki, bu barədə Baş katib “El Mundo” nəşrinə bildirib.

“Rusiyaya dəqiq bir siqnal göndərməyin lazım olduğunu düşünürəm. Əgər onlar (Rusiya - red.) qarşıdurma istəsələr, biz hazırıq. Əgər əməkdaşlıq etmək istəsələr, biz bundan şad olacağıq”, - NATO rəhbəri əlavə edib.

O, alyansın üzvlərini qorumağa hazır olduğunu söyləyib. Əlavə edib ki, Rusiya ilə dialoq qətiyyətə söykənməlidir.

“Hətta Moskva ilə münasibətlərin daha yaxşı ola biləcəyinə inanmasaq da, əlaqələri və münasibətləri saxlamağın lazım olduğu üçün danışmağa davam etməliyik".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  



Xəbər lenti