Deputat Naira Zohrabyan müqayisə üçün 2018-ci ildə təşkil edilən mitinqlə dünənki aksiyanın fotolarını paylaşaraq deyib ki, hər ikisi Gümrüdə Nikolun tərəfdarlarının keçirdiyi aksiya olsa da, artıq reallıq göz önündədir.
Həmçinin erməni KİV-lərində aksiyaya qoşulan Paşinyanın azsaylı tərəfdarlarının İrəvandan gətirilməsi barədə məlumatlar dolaşır. Jurnalistlər Nikolun saxta dəstəkçilərinin Gümrüdə toplanması üçün müəyyən adminstrativ tədbirlərdən istifadə edilməsinə dair faktlar əldə ediblər.
Yayılan fotolardan birində öndə gedən şəxsin başqa bir ərazidən olan Suren Torosyan adlı məmur olduğu və işçiləri ilə yanaşı addımladığı qeyd edilib. Bildirilib ki, xalqın Paşinyanı dəstəkləməsi ilə bağlı görüntü yaratmaq üçün digər ərazilərdə yaşayan vətəndaşlar zorla da Gümrüyə gətirilib.
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


