Dağıdılan, talan edilən şəhər: Bura Füzulidir - FOTOREPORTAJ

 Dağıdılan, talan edilən şəhər: Bura Füzulidir -  FOTOREPORTAJ
  16 Fevral 2021    Oxunub:7990
Ağdamdan sonra işğaldan azad olunmuş Füzuli şəhərinə səfər etdik. Burada da bütün yaşayış evləri, inzibati binalar ermənilər tərəfindən darmadağın edilib.
Təsəvvür edə bilmirsən ki, vaxtilə burada yaşayış olub. Əsarətdən azad olunan şəhər və rayonlarımız sözün əsl mənasında xarabalığı xatırladır. Erməni vandalları ayaq basdıqları bütün yaşayış məntəqələrini yer üzündən siliblər.

Vaxtilə 20 min sakinin yaşadığı Füzuli şəhərində bir yaşayış binası belə salamat qalmayıb. Burada erməni vandallığının, faşizminin izlərini aydın şəkildə görmək mümkündür.
Füzuli Şəhər Peşə Liseyində işlərin 60 faizi tamamlanıb

Düşmən yaşayış yerləri ilə yanaşı şəhərin məscidini, qəbiristanlığını da məhv edib. Füzulidə yalnız "Araz" qəzetinin redaksiya binasının ön hissəsi salamat qalıb ki, orada üçrəngli Azərbaycan bayrağı dalğalanır.

27 ildən sonra ilk dəfə səfər etdiyimiz Füzulidə gördüklərimizi sizə təqdim edirik:



























Anar Kəlbiyev
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: Füzuli   Şəhər   Düşmən   Məhv  






Xəbər lenti