Argentinanın Bakıdakı səfirliyində bayraq endirildi

Argentinanın Bakıdakı səfirliyində bayraq endirildi
  16 Fevral 2021    Oxunub:2280
Argentinanın Azərbaycandakı səfirliyində bu ölkənin keçmiş prezidenti Karlos Saul Menemin vəfatı ilə bağlı virtual xatirə kitabı açılıb.
Bu barədə Azvision.az -a səfirlikdən məlumat verilib.

“Sabiq prezident Karlos Saul Menemin 90 yaşında vəfat etməsindən dərin təəssüf hissi keçiririk. O, 1989 -1999-cu illərdə Argentinanın prezidenti olub.

Səfirlikdə bununla bağlı açılan virtual xatirə kitabına mesajlar bu elektron ünvana göndərilə bilər: [email protected]”, - məlumatda vurğulanıb.

Həmçinin, səfirliyin binasında dövlət bayrağı yarıya qədər endirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Argentina   Səfirlik   Bayraq  



Xəbər lenti