|
| Prezident: "Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik!" |
Prezident qeyd edib ki, bütün bunlar Azərbaycan xalqına məlumdur və Azərbaycan hökuməti tərəfindən yüksək qiymətləndirilir. “İndoneziya Birləşmiş Millətlər Təşkilatında müzakirələr zamanı müharibə gedən vaxt bizim mövqeyimizə güclü dəstək göstərən Qoşulmama Hərəkatının digər üzvləri arasında olmuşdur. Bildiyiniz kimi, Təhlükəsizlik Şurasının bəzi üzvləri yeni qətnamələrin və qərarların qəbul edilməsi prosesinə başlamaq istəyirdilər. Bu, əslində, bizim ərazilərin işğaldan azad olunması ilə bağlı haqq işimizi dayandırmaq üçün bir cəhd idi. Bu cəhdlər və düşünülmüş bu mətnlər Təhlükəsizlik Şurasının üzv ölkələri tərəfindən qəbul edilmiş qətnamələrə istinad etmirdi. Beləliklə, İndoneziya Qoşulmama Hərəkatının üzvü olan digər dost ölkələrlə birlikdə ərazi bütövlüyümüzün bərpa edilməsinin dayandırılmasına yönəlmiş bu cəhdlərin qarşısını aldı və biz bunu çox yüksək qiymətləndiririk. Biz buna görə minnətdarıq. Bu, həmrəyliyin, dəstəyin və dostluğun ifadəsidir. Beləliklə, bu, bizim əməkdaşlığın siyasi əsasıdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycanın öz ərazilərini azad etdikdən və ərazi bütövlüyünü bərpa etdikdən sonra iqtisadi əməkdaşlıq üçün böyük imkanlar yarandığını qeyd edən dövlətimizin başçısı deyib ki, biz planlaşdırdığımız müxtəlif layihələri icra etmək, həmçinin birliyimizi nümayiş etdirmək üçün İndoneziya şirkətlərini tərəfdaşlarımız, podratçılarımız qismində görmək istəyirik.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


