Putin pandemiyadan əvvəlki iş rejimini bərpa edir

Putin pandemiyadan əvvəlki iş rejimini bərpa edir
  16 Fevral 2021    Oxunub:1787
Rusiya lideri Vladimir Putinin iştirakı ilə keçirilən tədbirlər əyani formatda bir neçə ay ərzində bərpa oluna bilər.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bir neçə ay ərzində əyani formada tədbirlərin bərpasını düşünürəm. Buna tədricən gedəcəyik. Ancaq bu proqnozu dəqiq bir şəkildə vermək çətindir”, - Peskov əlavə edib.

Bununla belə o, əyani formatın mütləq bərpa ediləcəyini bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: VladimirPutin  





Xəbər lenti