Erməni deputat müxalif fraksiyanı tərk etdi

Erməni deputat müxalif fraksiyanı tərk etdi
  16 Fevral 2021    Oxunub:2124
Ermənistan parlamentinin deputatı Qevorq Petrosyan "Çiçəklənən Ermənistan" müxalif fraksiyasını tərk edib.
Azvision.az xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində bildirib.

Onun sözlərinə görə, fraksiyadan çıxmağının səbəbi bu qüvvənin ölkəni mövcud çətin vəziyyətdən çıxarmaq üçün lazım olan addımların atılmasında ləng hərəkət etməsidir.

Petrosyan hesab edir ki, fraksiya hakimiyyətin müxaliflərə qarşı başlayan qanunsuz təqiblər kimi hadisələrə müqavimət göstərmək üçün kifayət qədər qətiyyətli deyil.

"Çiçəklənən Ermənistan" fraksiyasının tərkibində qalmağı mənasız hesab edən Petrosyan, bundan sonra müstəqil deputat olaraq işinə davam edəcəyini söyləyib.

Xatırladaq ki, Petrosyan daha çox "qanuni oğruları" dəstəkləyən birmənalı açıqlamaları ilə tanınır. Onun parlament iclaslarında dəfələrlə dövlət məmurları ilə sərt mübahisələri olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: QevorqPetrosyan  



Xəbər lenti