Komissiyadan
Azvision.az -a verilən məlumata görə, Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun sədrliyi ilə keçirilmiş iclasda Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı çərçivəsində 2020-ci il ərzində görülən işlər, əldə edilən nəticələr, qarşıda duran vəzifələr müzakirə edilib.
Komissiyanın sədri qarşıda duran vəzifələrin icrası, o cümlədən ixtisaslaşmış beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığın davam etdirilməsi, qanunvericilik aktlarının təkmilləşdirilməsi, bu sahələr üzrə nəzarətin, müvafiq mövzuda təbliğat-təşviqat məqsədli maarifləndirmə işlərinin gücləndirilməsinə dair tapşırıqlar verib.
Azvision.az
Teqlər:
Narkomaniya
Mübarizə
Dövlət
Proqram