3 minə yaxın bələdiyyə aktı ləğv edilib

 3 minə yaxın bələdiyyə aktı ləğv edilib
  16 Fevral 2021    Oxunub:1818
2020-ci il ərzində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin yaxşılaşdırılması, bələdiyyələr tərəfindən yol verilmiş pozuntuların aradan qaldırılması və ya qarşısının alınması ilə bağlı zəruri addımlar atılıb, mövcud qanunvericiliyə müvafiq dəyişikliklər olunub.
Azvision.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov deyib.

Onun sözlərinə görə, hesabat dövründə Ədliyyə Nazirliyində 79 858 bələdiyyə aktına inzibati nəzarət qaydasında baxılıb. 76 433 akt (95,7%) qanunvericiliyə uyğun hesab edilib, normativ hüquqi aktların tələblərinə zidd olan 2939 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün təkliflər verilib, digər 486 akt isə icraatdadır.

Azvision.az


Teqlər: Ədliyyə   Bələdiyyə   MM  






Xəbər lenti