8217 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə qaytarılıb

8217 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə qaytarılıb
  16 Fevral 2021    Oxunub:1717
Ötən il bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 3.503 müraciətdən 3.206-na baxılıb, 156-sı aidiyyəti üzrə göndərilib, 141 müraciət isə baxılmaqdadır. Bu müddətdə 751 vətəndaş qəbul edilib, onların müraciətləri ilə əlaqədar zəruri tədbirlər görülüb.
Azvision.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov deyib.

Onun sözlərinə görə, bələdiyyələrin fəaliyyətinə həyata keçirilən inzibati nəzarət tədbirləri nəticəsində ümumilikdə 10 478 ha torpaq sahəsinin qanunsuz ayrılması barədə bələdiyyə aktlarının ləğv edilməsi ilə bağlı nazirlik tərəfindən təkliflər və ya məhkəmələrə iddialar verilib.

"Nəticədə 396 ha torpaq sahəsinin mülkiyyətə, 6.850 ha torpaq sahəsinin icarəyə və 971 ha torpaq sahəsinin istifadəyə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib. Bütövlükdə 8217 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması təmin olunub".

Azvision.az


Teqlər: Bələdiyyə   Torpaq  





Xəbər lenti