Bu dəfə Akopyanın bahalı geyimi tənqid olundu

Bu dəfə Akopyanın bahalı geyimi tənqid olundu
  16 Fevral 2021    Oxunub:2329
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan bu dəfə bahalı şərfi ilə gündəmə gəlib.
Azvision.az xəbər verir ki, iki gün öncə müharibədə ölmüş əsgər ailəsini ziyarət edən Akopyanın geyimi ermənilər tərəfindən tənqid olunub.

"Anna Akopyan dünyaca məşhur fransız markası "Louis Vuitton"un bahalı şərfini taxaraq müharibədə öldürülmüş yoxsul erməni ailəsinə baş çəkdi. Deyilənə görə, bu adi görünən şərfin qiyməti 1000 dollara yaxındır.

Baş nazirin arvadı ölən hərbçinin ailəsini ziyarət etməzdən bir neçə gün əvvəl ad gününü qeyd etmək üçün gizli şəkildə ABŞ-a getmişdi. Bundan öncə yanvarın 14-də iki qızı ilə birgə Moskvaya gedərək orada bahalı restoranlarda və Böyük Teatrda əylənmişdi. Çox güman ki, Akopyanın boynundan asılan bahalı şərfi xaricdən alınıb. Onun yas içində olan yoxsul hərbçi ailəsinin evində bahalı brend geyimi ilə poz verməsi yersiz görünür...", - deyə erməni KİV-ləri növbəti dəfə Akopyanı hədəfə alıblar.

Tural Tağıyev
Azvision.az


Teqlər: Akopyan   ABŞ  





Xəbər lenti