Füzulidə məhv edilmiş düşmən texnikaları - FOTOREPORTAJ

Füzulidə məhv edilmiş düşmən texnikaları -  FOTOREPORTAJ
  17 Fevral 2021    Oxunub:16712
44 günlük Vətən müharibəsində Ermənistan ordusunun xeyli sayda döyüş texnikası məhv edilib və ya qənimət götürülüb. Düşmənin sıradan çıxarılan hərbi texnikalarının bir çoxu ötən ilin dekabrında Bakıda keçirilmiş Zəfər paradında nümayiş olunub, digərləri hələ də döyüş meydanında qalır.
Azərbaycan Ordusunun düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi isə Bakıda Hərbi Qənimətlər Parkına gətirilib. Park hazır olduqdan sonra ərazidə hərbi qənimətləri seyr etmək mümkün olacaq.

İkinci Qarabağ müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikalarının statistikasına yenidən nəzər yetirək:

Özüyeriyən artilleriya qurğuları “Akasiya” və “Qvozdika” – 28-i məhv edilib, 5-i qənimət götürülüb. Müxtəlif çaplı toplar – 315-i məhv edilib, 37-si hərbi qənimət kimi götürülüb. Minaatanlar – 63-ü məhv edilib, 62-si qənimət götürülüb. Xüsusi avtomobillər – 10-u məhv edilib, 93-ü qənimət götürülüb. Qumbaraatan – 178-i qənimət götürülüb. Traktor – 10, “Şilka” zenit qurğusu – 5 ədəd qənimət götürülüb. Atıcı silahlar – 1380 atıcı silah qənimət götürülüb. 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdılıb. Tank – 287-si məhv edilib, 79-u qənimət götürülüb, toplam 366 tank. Piyadaların döyüş maşını – 69-u məhv edilib, 47-si qənimət götürülüb. “Su-25” təyyarəsi – 5-i məhv edilib. Yük avtomobilləri – 252-si məhv edilib, 270-i hərbi qənimət kimi götürülüb.

Bir vaxtlar Ermənistan rəsmilərinin ağızdolusu danışdığı hərbi texnikalar Vətən müharibəsindən sonra onların məğlubiyyət simvoluna çevrildi. Bu gün işğaldan azad edilmiş ərazilərdə ermənilərdən "xatirə" qalan yüzlərlə belə dağılmış, külə dönmüş döyüş texnikalarını görmək olar.

Füzuliyə səfər zamanı lentə aldığımız kadrlarından bir neçəsini təqdim edirik:



































Anar Kəlbiyev
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: Düşmən   Tank   Məhv  






Xəbər lenti