Ukraynada polis müxalifəti atəşə tutacaq
“Hüquq mühafizə orqanlarının həyatını və sağlamlığını qorumaq məqsədilə mövcud qanunvericiliyə uyğun olaraq özünümüdafiə məqsədilə odlu silahdan istifadəsinə icazə verilib”- deyə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
“Avromeydan”dakı könüllülərin sözlərinə görə, ən azı 13 aksiya iştirakçısı odlu silahdan açılan atəşlə qətlə yetirilib. Budan başqa, Kiyevdəki təhlükəsizlik qüvvələrinə dəstək məqsədilə gedən desantçıların olduğu yük maşının qəzaya uğraması nəticəsində azı 3 nəfər dünyasını dəyişib.
Bu saatlarda da Kiyevin mərkəzində toqquşmalar davam edir.
Vüqar İsmayılov