Türkiyədə bu gün koronavirusdan 90 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 90 nəfər ölüb
  17 Fevral 2021    Oxunub:1927
Türkiyədə son sutka ərzində 90 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 7906 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 27 652, virusa yoluxanlar isə 2 602 034 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 489 624 pasiyent (son sutkada 7189 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  



Xəbər lenti