Məktəb direktorlarının səlahiyyəti artırıldı

Məktəb direktorlarının səlahiyyəti artırıldı
  20 Fevral 2014    Oxunub:1528
Azərbaycanda orta məktəb direktor müavinləri tutduqları vəzifədən azad edilərkən işlədikləri məktəbdə müəllim kimi saxlanılması məsələsinə həmin məktəbin direktoru tərəfindən baxılacaq
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.08.2008-ci il tarixli 1019 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturasına daxil olan işçilərlə əmək münasibətlərinin tənzimlənməsi Qaydaları"na əlavə edilməsi barədə təhsil naziri Mikayıl Cabbarov əmr verib.

Əmrdə qeyd edilir ki, Təhsil Nazirliyinin 28 iyun 2013-cü il tarixli 712 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərə tələbatının müəyyənləşdirilməsi və müəllimlərin işə qəbulu Qaydaları"na əsasən ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir.

“Ümumi təhsil müəssisələrinin dərs yükü olan direktor müavinləri tutduqları vəzifədən azad edilərkən işlədikləri məktəbdə müəllim kimi saxlanılması və ya müvafiq vakant yer olmadığı halda, rayonun (şəhərin) həmin fəndən müəllimə tələbat olan digər məktəbində müəllim kimi işlə təmin edilməsi rayon (şəhər) təhsil şöbəsi (idarəsi) ilə razılaşdırılmaqla ümumi təhsil müəssisəsinin direktoru tərəfindən həyata keçirilir”

Nazirliyin insan resursları şöbəsinin müdiri Fərzəli Qədirova bu əmrdən irəli gələn məsələləri həll etmək tapşırılıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti