Gürcüstan parlamentində Azərbaycanla dostluq qrupu yaradıldı

Gürcüstan parlamentində Azərbaycanla dostluq qrupu yaradıldı
  17 Fevral 2021    Oxunub:1806
Gürcüstan parlamentində Azərbaycanla dostluq qrupu yaradılıb. Qrupda 36 deputat yer alacaq.
Azvision.az xəbər verir ki, Gürcüstan parlamentinin fevralın 16-da keçirilən iclasında parlamentlərarası dostluq qrupları haqqında qərar qəbul olunub.

Qərar layihəsinə əsasən, Azərbaycan Milli Məclisi ilə dostluq qrupuna parlamentin vitse-spiker Kaxaber Kuçava rəhbərlik edəcək. Qrupun 36 üzvü arasında azərbaycanlı deputatlar Zaur Darğallı və Savalan Mirzəyevin də adları yer alıb.

Azvision.az



Teqlər: Gürcüstan   Parlament  





Xəbər lenti