Vətən müharibəsi qazisi vəzifəyə təyin olundu

Vətən müharibəsi qazisi vəzifəyə təyin olundu
  17 Fevral 2021    Oxunub:2316
Şamaxı Rayon İcra Hakimiyyətində yeni təyinat olub.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə dəyişiklik edilməsi ilə bağlı müvafiq Fərmanına əsasən, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

İcra Hakimiyyətindən bildirilib ki, həmin vəzifəyə Vətən müharibəsinin iştirakçısı, Füzuli istiqamətində gedən döyüşlərdə yaralanmış, “Cəsur döyüşçü” medalı ilə təltif olunmuş Bayramov Cəlal Rauf oğlu təyin edilib.

Azvision.az


Teqlər: Qazi   İcra-Hakimiyyəti  





Xəbər lenti