Koronavirusa yoluxanların sayı 110 milyonu keçdi

Koronavirusa yoluxanların sayı 110 milyonu keçdi
  17 Fevral 2021    Oxunub:2775
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 110 milyon 35 min 633 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 429 min 811 nəfərdir. İndiyədək 84 milyon 851 min 754 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Son günlər dünya ölkələri üzrə yoluxma halları kəskin artmaqdadır.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 28 381 220 nəfər virusa yoluxub, 499 991 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 10 937 320 yoluxma qeydə alınıb. Onlardan 155 949 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 9 921 981 nəfərdə virus aşkar edilib. Xəstələrdən 240 983 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 4 099 321 yoluxma, 80 979 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Böyük Britaniyada 4 058 468 nəfər virusa yoluxub ki, onlardan 118 195-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti