İrəvanda yenidən zəlzələ oldu

 İrəvanda yenidən zəlzələ oldu
  17 Fevral 2021    Oxunub:1933
Bu gün səhər saatlarında İrəvan yaxınlığında 2.0 bal gücündə zəlzələ baş verib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyinin ərazi seysmik mühafizə xidmətinin seysmoloji şəbəkəsi məlumat yayıb.

17 fevral yerli vaxtla saat 07:26-da İrəvandan 12 kilometr cənub-şərqdə zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib, episentrdə gücü 2-3 bal olub.

Zəlzələ İrəvan və Artaşatda hiss olunub.

Qeyd edək ki, yanvarın 13-də İrəvanda 5-6 bal gücündə zəlzələ baş vermişdi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: zəlzələ  



Xəbər lenti