Sarkisyan Azərbaycana “İsgəndər” atıldığını etiraf etdi

Sarkisyan Azərbaycana “İsgəndər” atıldığını etiraf etdi
  17 Fevral 2021    Oxunub:6690
Qarabağ müharibəsində “İsgəndər” raketlərindən istifadə edildiyi barədə həm mətbuatda, həm də məndə etibarlı məlumatlar var. Müharibənin son dövründə və konkret olaraq Şuşa istiqamətində istifadə edilib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan müsahibəsində bildirib.

Sarkisyan deyib ki, “İsgəndər” müharibənin dördüncü və ya beşinci günündə, Azərbaycanın Horadizdə və digər yerlərdə çoxlu sayda canlı qüvvə, hərbi texnika yığdığı zaman istifadə edilməli idi. “İsgəndər” məhz bu məqsəd üçün mövcuddur.

"Ancaq başqa bir tezis, düşünürəm ki, digər vasitələrimizin Azərbaycana qarşı istifadə edilmədiyini demək düzgün deyil. Birinin Kirovabad (Gəncə şəhəri) hava limanını məhv etmək əmrini verdiyini necə lovğalıqla söylədiyini xatırlayın. Reallıq budur ki, Kirovabada (Gəncə) atəş açıldı”, - deyən sabiq prezident Gəncə və digər şəhərlərin məqsədli şəkildə atəşə tutulduğunu, mülki vətəndaşların hədəfə alındığını etiraf edib.

Serj Sarkisyan daha sonra deyib: "Əlbəttə, “İsgəndər”dən istifadə etmək lazım idi. Bəs onu nə üçün əldə etmişdik. Ümumiyyətlə, beynəlxalq birliyin bəyanatları kimə lazım idi? Demirəm ki, birinci hədəf qaz kəmərləri, neft kəmərləri olmalı idi. Bəs biz bu “İsgəndər”i niyə əldə edirdik?".

Sarkisyan onu da əlavə edib ki, müharibənin beşinci və ya altıncı günündə bəziləri guya "İsgəndər" bizim deyil, idarəetmə sistemi başqa yerdədir kimi şayiələr ortaya atmışdılar.

"Bu, cəfəngiyatdır. "İsgəndər" bizimdir. Biz, müttəfiqimizin bu cür silahlar təqdim etdiyi yeganə ölkəyik və bunları istifadə etməməyi başa düşə bilmirəm".

Ermənistanın keçmiş prezidenti Azərbaycanın şəhər və rayonlarının raket atəşinə tutulmasını, eyni zamanda "İsgəndər"dən istifadə olunmasını etiraf etməklə həm özünü, həm də ölkəsini ifşa etmiş oldu.

Azvision.az


Teqlər: SerjSarkisyan  



Xəbər lenti