Azərbaycanda əcnəbilər də peyvənd olunacaq?

 Azərbaycanda əcnəbilər də peyvənd olunacaq?
  17 Fevral 2021    Oxunub:3268
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda yaşayan xarici ölkə vətəndaşlarının koronavirus əleyhinə peyvənd olunub-olunmayacağı məsələsinə aydınlıq gətirib.
Azvision.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, ilkin mərhələdə yalnız ölkə vətəndaşlarının vaksin edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, yanvarın 18-dən başlayaraq Azərbaycanda vaksinasiya aparılır. Ölkəmizdə Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVac” peyvəndindən istifadə olunur. Peyvəndləmə dövlət hesabına könüllü həyata keçirilir.

Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  






Xəbər lenti