ABŞ Rusiya məsələsini NATO-da müzakirəyə çıxarır

ABŞ Rusiya məsələsini NATO-da müzakirəyə çıxarır
  17 Fevral 2021    Oxunub:1552
ABŞ Rusiya mövzusunu NATO müdafiə nazirlərinin videokonfransında müzakirə etməyi planlaşdırır.
Azvision.az “TASS”a istinadla xəbər verir ki, bu barədə Pentaqonun yüksək rütbəli nümayəndəsi deyib.

Bildirilib ki, iclasda müdafiə və bir sıra digər məsələlər müzakirə olunacaq: "Bunlar da Rusiyanı necə qəbul etməyimizlə ayrılmaz şəkildə bağlıdır".

"Rusiya ABŞ daxil olmaqla bütün NATO müttəfiqləri üçün bir təhdiddir. Bununla yanaşı, ABŞ Rusiya ilə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq etmək niyyətindədir", - deyə Pentaqon təmsilçisi əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti