Çavuşoğlunun Azərbaycana səfər proqramı açıqlandı

Çavuşoğlunun Azərbaycana səfər proqramı açıqlandı
  17 Fevral 2021    Oxunub:2466
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 18-19 fevral tarixlərində Azərbaycana səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd edilib ki, Çavuşoğlu səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək, həmçinin həmkarı Ceyhun Bayramovla görüşəcək.

Daha sonra Gürcüstan Baş nazirinin müavini və xarici işlər naziri David Zalkalianinin iştirakı ilə Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü olacaq.

Çavuşoğlunun Bakıda gürcüstanlı həmkarı ilə ikitərəfli görüş keçirməsi planlaşdırılır.

Görüşlər zamanı ölkələr arasındakı münasibətlər və regional mövzular, strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlığı inkişaf etdirmək üçün atıla biləcək addımlar ikitərəfli və üçtərəfli formatda müzakirə ediləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MövludÇavuşoğlu  





Xəbər lenti