Türkiyənin axtarışa verdiyi İŞİD-çi rus qadın tutuldu

Türkiyənin axtarışa verdiyi İŞİD-çi rus qadın tutuldu
  17 Fevral 2021    Oxunub:1527
Suriya ərazisindən Türkiyəyə qanunsuz yolla daxil olmağa çalışan 6 nəfər saxlanılıb. Onlardan 5-i Rusiya, 1-i Liviya vətəndaşıdır.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Həmin şəxslər Hatay bölgəsində tutulub. Məlum olub ki, onların arasında İŞİD terror təşkilatının üzvü olduğuna görə axtarışa verilən bir rus qadın da var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə  





Xəbər lenti