Dövlət Xidmətindən qiymət artımı ilə bağlı açıqlama

Dövlət Xidmətindən qiymət artımı ilə bağlı açıqlama
  17 Fevral 2021    Oxunub:2002
Tariff Şurası tərəfindən tənzimlənən qiymətlər istisna olmaqla, ölkəmizdə qiymətlər azad iqtisadiyyat sistemində tələb-təklif əsasında formalaşır. Buna hər hansı müdaxilə edilməsi, süni olaraq qiymətlərin tənzimlənməsi qanunvericilikdə nəzərdə tutulmur.
Azvision.az xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli “2020-ci ilin yekunları”na həsr olunmuş onlayn konfransda deyib. O bildirib ki, süni qiymət artımı ilə bağlı bazarda gündəlik monitorinq aparılır.

“Xidmət tərəfindən 57 adda ərzaq məhsulları, 28 adda meyvə-tərəvəz, 21 adda tikinti materialları üzrə monitorinq aparılıb. Bu, bazarda azad rəqabət şəraitində qiymətlərin monitorinqidir. Təhlillərimiz göstərir ki, qiymətlərin süni qaldırılması üzrə qanun pozuntuları aşkar edilməyib. Müəyyən kateqoriya məhsulların, məsələn, şəkər və duru yağın istehsalı ölkəmizdə mövcud deyil. Ölkə daxili ilə yanaşı, beynəlxalq bazarlarda da monitorinqlər aparılır və qiymət artımları müşahidə edilir. Beynəlxalq bazarlarda qiymətlər qalxırsa, o zaman qanun pozuntusu aşkarlanmır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Qiymətartımı  





Xəbər lenti