Rusiyadan ABŞ-a əməkdaşlıq təklifi

 Rusiyadan ABŞ-a əməkdaşlıq təklifi
  17 Fevral 2021    Oxunub:1590
Moskva diplomatik nümayəndəliklərlə bağlı vəziyyəti həll etmək üçün Cozef Bayden adminstrasiyası ilə işləməyə hazırdır.
Azvision.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Biz belə bir dialoqa hazırlaşırıq, səfirliklər vasitəsilə bu seqment üzərində işləyirik, sənədləri təqdim edirik, burada amerikalılarla söhbət aparırıq, eyni iş səfirlik və Dövlət Departamenti vasitəsilə Vaşinqtonda da baş verir. Ancaq diplomatik kanallar vasitəsilə ünsiyyətdən əlavə, xüsusi məsləhətləşmələr təşkil etmək üçün bir növ maddi baza yaratmaq lazımdır. Bu, XİN-lərarası format da ola bilər”,- Ryabkov deyib.

O, Moskvanın Vaşinqtona xarici nümayəndəliklərin işləmə şərtlərini normallaşdırmağı çoxdan təklif etdiyini xatırladıb.

Bundan əvvəl, 4 fevralda ABŞ dövlət katibi Entoni Blinken telefon danışığı zamanı Sergey Lavrova Rusiyanın diplomatik nümayəndəliklərinin işindəki yığılmış problemləri aradan qaldırmaq üçün ekspert dialoqu təşkil etməyə hazır olduğunu bəyan edib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə Moskvanın Vaşinqtonla qarşılıqlı hörmət və bərabər prinsiplər əsasında dialoqa hazır olduğunu söyləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti