Yaponiyanın Azərbaycana ayırdığı qrant nəyə xərclənəcək?

 Yaponiyanın Azərbaycana ayırdığı qrant nəyə xərclənəcək?
  17 Fevral 2021    Oxunub:1515
Yaponiya hökuməti Qarabağdakı müharibədən sonra yaranmış humanitar böhranla bağlı Azərbaycana 1,2 milyon dollar məbləğində qrant ayırıb.
Bu barədə Azvision.az -a Yaponiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Qeyd edilib ki, ayrılmış qrant aşağıda göstərilmiş istiqamətlərə xərclənəcək:

- Bir qabaqcıl xəstəxanaya tibbi avadanlıqlarla bağlı yardım;

- Təxminən 500 nəfərə təhlükəsiz su mənbələrinə çıxışın təmin olunması;

- Təxminən 6400 nəfər üçün müvəqqəti sığınacaq yerlərinin bərpası və soyuqlal mübarizə aparmaq üçün yardım ləvazimatlarının təmin olunması;

- Təxminən 8000 nəfər üçün qida yardımını həyata keçirilməsi;

Əlavə edilib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Yaponiya hökuməti Azərbaycanda inkişafa rəsmi yardım layihələrinin icrasına başlayıb, indiyədək təxmini 1 milyard dollar məbləğində güzəştli kredit, 100 milyon dollardan çox qrant layihəsi həyata keçirilib.

“Bundan sonra da Azərbaycana yardımı davam etdirmək niyyətindəyik”, - səfirliyin yaydığı məlumatda qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: qrant  





Xəbər lenti