“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib
  17 Fevral 2021    Oxunub:1401
Havaların kəskin soyuyacağı, qar və sulu qar yağacağına dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumatla əlaqədar olaraq “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.
Azvision.az xəbər verir ki, bu barədə ASC-nin yaydığı məlumatda deyilir.

“Bununla əlaqədar Bakı şəhəri və regionlarda gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Həmçinin ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib”, - deyə açıqlamada qeyd edilir.

ASC istehlakçılara müraciət edərək bildirir ki, elektrik enerjisi təchizatı ilə əlaqədar qarşılaşdıqları hər hansı problemlə bağlı 24 saat fəaliyyət göstərən və bütün ölkə ərazisini əhatə edən 199 Çağrı mərkəzi ilə əlaqə saxlasınlar.

Azvision.az



Teqlər: Azərişıq  





Xəbər lenti