Putin onu narahat edən problemdən danışdı

Putin onu narahat edən problemdən danışdı
  17 Fevral 2021    Oxunub:1647
Rusiya Prezidenti Vladimir Putin xarici İT şirkətlərinin və internet platformalarının hərəkətlərinin ciddi problem olduğunu deyib.
Azvision.az xəbər verir ki, bu barədə Putin Dövlət Dumasının fraksiya rəhbərləri ilə görüşdə deyib.

“Bu, sözdə platformalar, İT şirkətləri haqqında deyilənlər yalnız bizim üçün ciddi problem deyil. Ştatlarda nə baş verdiyini görürük. Artıq demişəm, təkrarlaya bilərəm: əgər onlar öz ölkələrində bu şəkildə davranırlarsa, özlərini müstəsna hesab edənlər başqalarına necə münasibət göstərəcəklər. Bu, ciddi bir sualdır", - deyə Putin vurğulayıb.

O, əlavə edib ki, Rusiya bu barədə əvvəlcədən düşünməlidir. Çünki bu, aşkar bir haldır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: VladimirPutin  





Xəbər lenti