Ceyhun Bayramov və Lavrov Moskva razılaşmasını müzakirə edib

 Ceyhun Bayramov və Lavrov Moskva razılaşmasını müzakirə edib
  17 Fevral 2021    Oxunub:1949
Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“XİN rəhbərləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar 2021-ci il tarixində əldə edilmiş Moskva razılaşmalarının həyata keçirilməsini, həmçinin ikitərəfli və beynəlxalq gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər”, – açıqlamada vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: CeyhunBayramov  





Xəbər lenti