BMT və ÜST-ə Suriya ilə bağlı çağırış edildi
Tərəflər Suriyadakı humanitar vəziyyətdən ciddi narahatlıqlarını ifadə ediblər. Koronavirus pandemiyasının Suriyanın səhiyyə sisteminin işini, sosial-iqtisadi və humanitar vəziyyətini əhəmiyyətli dərəcədə çətinləşdirdiyi qeyd olunub.
“BMT qurumlarını, xüsusilə COVAX təşəbbüsü çərçivəsində ÜST-ü Suriyada əhalinin vaksinsiyasına önəm verməyə çağırırıq”, - deyə Rusiyanın Suriya üzrə xüsusi elçisi Aleksandr Lavrentyev bildirib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin baş katibi Antonio Quterreş ilə danışıqlar aparıb. Tərəflər ölkə daxilində ehtiyacı olanlara beynəlxalq humanitar yardımın gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: vaksin







Vaxtında, Aydın, Lazımlı!


