Özbəkistanla hərbi əməkdaşlıq məsələləri müzakirə edildi
General-polkovnik Z.Həsənov səfirə ordu quruculuğu sahəsində keçirilən islahatlar və əldə olunan nailiyyətlər barədə də məlumat verib.
Diplomat öz növbəsində Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhidlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib. Səfir qeyd edib ki, Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və hər zaman ölkəmizə bütün məsələlərdə dəstək göstərib.
Özbəkistanın Azərbaycan ilə birgə hərbi təlim və treninqlərin keçirilməsində maraqlı olduğunu qeyd edən səfir Özbəkistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Azərbaycanın hərbi təhsil müəssisələrində təcrübə mübadiləsinin aparılmasının vacibliyini də vurğulayıb.
Görüşdə müdafiə və hərbi təhsil sahəsində birgə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ilə bağlı bir sıra digər məsələlər müzakirə olunub.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


