Avropa İttfaqı 33 milyon doza peyvənd alıb

 Avropa İttfaqı 33 milyon doza peyvənd alıb
  17 Fevral 2021    Oxunub:2092
Avropa İttifaqı təxminən 33 milyon doza koronavirus peyvəndi alıb.
Azvision.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, vaksinasiya prosesi davam edir. Belə ki, bu günə qədər 33 milyon doza peyvənd tədarük edilib, 22 milyon insan ən azı bir doza, yeddi milyon isə iki doza vaksin vurdurub.

Leyen, Aİ-nin peyvəndin tempini tədricən sürətləndirməyi planlaşdırdığını əlavə edib:

"Önümüzdəki həftələrdə və aylarda vaksinasiyanı sürətləndirəcəyik, təsdiqlənmiş üç peyvəndin tədarükünü artıracağıq, tezliklə bir çox yeni peyvənd hazırlanacaq".

Hazırda Aİ ölkələrində üç peyvəndin tətbiqinə icazə verilir. Bunlar Pfizer/BioNTech, Moderna və AstraZeneca vaksinləridir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: peyvənd  



Xəbər lenti