Britaniyanın müdafiə naziri Akara başsağlığı verdi

Britaniyanın müdafiə naziri Akara başsağlığı verdi
  17 Fevral 2021    Oxunub:1503
Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Böyük Britaniyadan olan həmkarı Ben Uolleslə telefonla danışıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Britaniyalı nazir PKK terror təşkilatı tərəfindən İraqın şimalındakı Qara bölgəsində mülki insanların və hərbçilərin öldürülməsi ilə əlaqədar Akara başsağlığı verib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: HulusiAkar  





Xəbər lenti