Bir ton buğdaya 200 dollar rüsum tətbiq olunacaq

   Bir ton buğdaya 200 dollar rüsum tətbiq olunacaq
  17 Fevral 2021    Oxunub:1795
Azərbaycandan ixrac olunan buğdanın 1000 kiloqramına 200 ABŞ dolları gömrük rüsumu tətbiq olunacaq.
Azvision.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərarında əksini tapıb.

Eyni zamanda Azərbaycandan ixrac olunan buğda ununun da 1000 kiloqramına 200 ABŞ dolları rüsum tətbiq olunacaq.

Bu Qərar 2021-ci il mayın 1-dək qüvvədədir.

Qeyd edək ki, Azərbaycana idxal edilən buğda gömrük rüsumundan azaddır. Ölkəyə idxal edilən buğda ununa isə 15 faiz idxal gömrük rüsumu tətbiq olunur.

Azvision.az


Teqlər: Buğda   Gömrük   Rüsum  





Xəbər lenti