Kiyev küçələrində snayper atəşləri – VİDEO, FOTO

Kiyev küçələrində snayper atəşləri – VİDEO, FOTO
  21 Fevral 2014    Oxunub:1453
Xəbər verdiyimiz kimi Ukrayna Müdafiə Nazirliyi əməkdaşlarına aksiyaları yatıran zaman özünümüdafiə məqsədilə odlu silahdan istifadə etməsinə icazə verib.

“Hüquq mühafizə orqanlarının həyatını və sağlamlığını qorumaq məqsədilə mövcud qanunvericiliyə uyğun olaraq özünümüdafiə məqsədilə odlu silahdan istifadəsinə icazə verilib”- deyə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

“Avromeydan”dakı könüllülərin sözlərinə görə, ən azı 13 aksiya iştirakçısı odlu silahdan açılan atəşlə qətlə yetirilib. Budan başqa, Kiyevdəki təhlükəsizlik qüvvələrinə dəstək məqsədilə gedən desantçıların olduğu yük maşının qəzaya uğraması nəticəsində azı 3 nəfər dünyasını dəyişib.

AzVision.az AzadliqRadiosu-na və TheHuffingtonPost-a istinadən Ukrayna paytaxtının İnstitutskaya küçəsində snayper atəşi altında olan Avromaydan fəalalrının video eləcədə fotolarını təqdim edir.

Qeyd edək ki, canlı yayımdan da göründüyü kimi bu saatlarda Ulrayna Ali Radasında növbədənkənar iclas keçirilir. Səhiyyə Nazirliyinin açıqlamasına görə iğtişaşlar başlayan gündən ölənlərin sayı 64-ə çatıb.














Qalereya




Teqlər:  





Xəbər lenti