Yanukoviç növbədənkənar seçkiyə razılıq verdi

Yanukoviç növbədənkənar seçkiyə razılıq verdi
  21 Fevral 2014    Oxunub:1613
Ukrayna prezidenti Viktor Yanukoviç 2-14-cü il üçün növbədənkənar prezident seçkilərinin keçirilməsinə hazır olduğunu bildirib. AzVision.az xəbər verir ki, bu haqda “Reuters” Polşa baş naziri Donald Tuska istinadən məlumat yayıb.

Tuskun dediyinə görə Yanukoviç bu hazırlığını AB nümayəndələri ilə örüşü zamanı bildirib. O eyni zamanda parlament seçkilərinin də keçirilməsinə razılıq verib.

Polşa hökümət başçısı onu da əlavə edib ki, ölkəsi də daxil olmaqla Almaniya və Fransa Xarici İşlər nazirləri Yanukoviçlə söhbət zamanı qan axmanın dayanmağında bütün mümkün yolları da müzakirə edirlər.

Qeyd edək ki, hazırda Almaniya, Fransa və Polşa xarici işlər nazirləri Valter Ştaynmayer, Loran Fabius və Radoslav Sikorski Kiyevdə hökümət və müxalifət nümayəndələri ilə görüş keçirir.


Teqlər:  





Xəbər lenti