“Bir ailədə ikidən artıq uşaq böyük problemdir” - Misir prezidenti

“Bir ailədə ikidən artıq uşaq böyük problemdir” -    Misir prezidenti
  18 Fevral 2021    Oxunub:1230
Misirdə bir ailədə ikidən artıq uşaq böyük problemdir.
Azvision.az xəbər verir ki, bunu Misir Prezidenti Əbdül Fəttah əs-Sisi deyib.

Onun sözlərinə görə, hazırda 103,5 milyon nəfər olduğu ehtimal edilən Misir əhalisi sürətlə artır. Sisi bildirib ki, Misir üçün optimal illik artım 400 min nəfərdir və ölkədə əhalinin artımına qarşı mübarizə üzrə proqram hazırlanır.

"Biz bu problemi sərt qərarların qəbulu ilə tənzimləmək istəmirik. Bütün məsələləri belə yolla həll etmək olmaz".

Azvision.az


Teqlər: Misir  



Xəbər lenti